Sahibkarlarla iftar süfrəsi

11 aprel MARSOL MMC-nin təşkilatçılığı,“Ağ Saray Residence”, “Qayo”, “Sabiroğlu”, “Top supermarketlər” şəbəkəsinin dəstəyi və “Vəlioğlu” şirkətinin tərəfdaşlığı ilə “Marriott Hotel Boulevard”da 400-ə yaxın sahibkarın və dövlət qurumlarının iştirakı ilə Ramazan ayı münasibətilə “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir təşkil olunub.

Tədbirin salamlama nitqini “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev edib. İştirak edən dövlət qurumlarının nümayəndələrini və Marsol partnyorlarını salamlayaraq, Ramazan ayı münasibətilə hər kəsi təbrik edib və gələcək dövr üçün fəaliyyətlərində uğurlar arzu edib.

“Sahibkarlarla iftar süfrəsi” tədbirində dövlət qurumlarından olan qonaqlar- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası vitse prezidenti Vüqar Zeynalov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Mediasiya şurası İdarə Heyətinin sədri Nadir Adilov və Milli Məclisin deputatı Vüqar İskəndərov və deputat Emin Hacıyev iştirak edib.

Biznes imkanları, məlumat mübadiləsi və innovasiyaya yol açan Marsolun təşkil etdiyi “Sahibkarlarla iftar süfrəsi” sahibkarların səmimi mühitdə yeni tanışlıqlar və dostluq münasibətləri qurub, netvorkinq əlaqələrini genişləndirməsinə vəsilə oldu.

Ən son xəbərlər
Sahibkarlarla iftar süfrəsi
Main Admin 2022.04.23
Autizmli uşaqlara və gənclərə dəstək
Main Admin 2022.01.27
İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi ilə layihə
Main Admin 2021.02.06