Birgə və Sağlam İctimai Birliyi və "Vəlioğlu-2018" MMC autizmli uşaqlara dəstək məqsədi ilə əməkdaşlığa başlamışdır. Birgə və Sağlam İctimai Birliyi Azərbaycanda autizm spektr pozuntusu olan uşaqların erkən yaşda müəyyənləşdirilərək təhsil qiymətləndirilmələrinin edilməsi, diaqnoz almış uşaqların xüsusi təhsil, məktəbəqədər təhsil, ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi ehtiyaclarına uyğun tədrisin təmin olunması yolunda uğurla fəaliyyət göstərir. Hər zaman dəstək olacağımızı və irəlilədikləri yolda uğurlu davam etmələri üçün yanlarında olacağımızı minnətdarlıqla bildirmək istərdik.