Biz kimik?
“Vəlioğlu 2018” MMC adından da göründüyü üzrə 2018-ci ildə təsis edilmişdir. Yarandığı gündən ölkə iqtisadiyyatına öz möhtəşəm töhfəsini verən və müştəri məmnuniyyəti üçün xidmət göstərən şirkət hal hazırda Azərbaycan Respublikası ərazisində yerləşən ticarət məntəqələrinə qida və qeyri-qida məhsullarının satış xidmətini həyata keçirir.
“Vəlioğlu 2018” MMC geniş və müasir texnoloji vasitələrlə təchiz olunmuş anbar, dağıtım maşınları və onlayn ödənişsiz və limitsiz çatdırılma ilə hər zaman yüksək xidmət və keyfiyyət prinsipini qoruyub saxlamağı və innovativ yanaşma tərzi ilə yenilikləri əlçatan etməyi bacarır. Günü gündən böyüyən peşəkar, positiv və kreativ komanda ilə xidmət göstərən “Vəlioğlu 2018” MMC müştərilərinə hər zaman dəyər verir və onların məmnuniyyəti üçün dayanmadan çalışır.
Hədəfimiz
Hədəfimiz distribüteri olduğumuz brendlərin ölkə ərasizində olan bütün ticarət nöqtələrinə satışını həyata keçirmək, həmçinin onlayn satış xidmətini ölkədə daha da inkişaf etdirərək müştərilərimizin işini asanlaşdırmaq və onların sevgisini qazanmaqdır.
Missiyamız
Məhsullarımızı ölkə ərazisinin bütün satış nöqtələrində müştərilərimizə təqdim etmək, onları yüksək keyfiyyət, sərfəli qiymət və bol çeşidlə təmin etmək, ödənişsiz və limitsiz onlayn çatdırılma xidmətimizlə onların məmnuniyyətini qazanmaq hədəfimizə çatmaq üçün olan missiyamızdır.